"Qarabağ" - "Ferentsvaroş" matçından əvvəl qonaq komandanın üzvü Tun Raemaekers Bakıda mətbuat konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, belçikalı futbolçu komandada ab-havanın yaxşı olduğunu bildirib:

"Əhvalımız hələ də yaxşıdır. Qələbə qazanacağımıza inanırıq. İlk hissədə yaxşı müdafiə olunduğumuzu düşünürəm. Daha sonra individual səhvlər etdik. Hamı bir-birinə kömək edir. Biz səhv etməyi dayandırmırıq. Bəli, bundan əminik “Qarabağ”ın hücumçularını dayandıra biləcəyik", deyə o qeyd edib.