UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı cavab oyunundan öncə "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssis sabah saat 20:45-də başlayacaq oyuna hazırlıqlarından danışıb:
"2 qol açıq oyunda, bir qol isə standart vəziyyətdən gəldi. Yaxın oyun idi. Sabah da eynisi olacaq. Mənim işim odur ki, oyunçuları daha yaxşı hazırlaşdırım, inkişaf etdirim. Mən və köməkçilər oyunçuları daha yaxşı etmək üçün çalışırıq".
O, futbolçularının Bakıda məşq etməməsinin səbəbini açıqlayıb:
"Mənim komandam heç vaxt rəqib meydanında məşq etmir. Bütün stadionlar bir-birinə oxşardır. Ona görə də burda məşq ehtiyac yoxdur. Bunu daha öncə də etməmişəm".




