UEFA Çempionlar Liqasının pley-offunda "Qarabağ"a qarşı oyundan əvvəl "Ferentsvaroş"un prezidenti Qabor Kubatov sosial şəbəkə hesabında paylaşım edib.
Offsideplus.az xəbər verir ki, o, futbolçularından insan gücünü aşan - super-qəhrəman kimi performans göstərmələrini istəyib. Macarıstan klubunun rəsmisi feysbuk səhifəsində bu sözləri yazıb:
"Hələ də özümüzü sübut etmək şansımız var. Hər futbolçumuzın super-qəhrəman kimi performansına ehtiyacımız var. Bundan sonra mərhələ keçmək şansımız olacaq!", deyə o, qeyd edib.
Xatırladaq ki, ilk görüşdə "Qarabağ" 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu 27 avquts saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.



