Avqustun 27-də keçiriləcək Çempionlar Liqasının pley-offu üzrə "Qarabağ" - "Ferentsvaroş" matçında qonaq komanda tək qalmayacaq.
Offsideplus.az xəbər verir ki, Macarıstan təmsilçisinin 20-yə yaxın azarkeşi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun üçün kluba müraciət edib. Bu barədə məlumatı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımıza açıqlama verib.
Qeyd edək ki, sözügedən görüş 27 avqust saat 20:45-də başlayacaq.



