"Ferentsvaroş"un prezidenti Qabor Kubatov ÇL-nin pley-off mərhələsində "Qarabağ"a qarşı 1:3 hesablı məğlubiyyətdən sonra paylaşım edib.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi feysbuk hesabında bu sözləri yazıb:
"Qarabağ"ı təbrik edirəm, bu gün onlarda hər şey alındı. Lakin biz heç vaxt təslim olmayan komandayıq! Əbədi, "Ferentsvaroş", deyə o, qeyd edib.
Xatırladaq ki, "Qarabağ" və "Ferentsvaroş" arasında cavab matçı avqustun 27-si saat 20:45-dəTofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.



