"Qarabağ"ın ilk avrokubok oyununa biletlər bu gün satışa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şelburn” (İrlandiya) oyununun biletləri iyulun 18-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
???? Satış məntəqələri:
???? iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
???? Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
???? Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Qeyd edək ki, komandalar arasında ilk görüş iyunun 23-ü İrlandiyada, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək.



