Xorvatiya çempionatında mövsüm yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, "Riyeka" tarixində 2-ci dəfə çempion olub. Onlar Zaqreb "Dinamo"sunun 7 illik hegemoniyasına son qoyub.

Maraqlısı budur ki, "Dinamo"nun ardıcıl 7 çempionluğundan öncə "Riyeka" ilk titulunu qazanmışdı.

Onlar bu nəticə ilə birlikdə Çempionlar Liqasının pley-offuna vəsiqə qazanıblar və burada "Qarabağ"ın potensial rəqiblərindən biri olublar.

Qeyd edək ki, "Qarabağ"un bu mövsüm ÇL-da iştirakına da Zaqreb "Dinamo"su mane olmuşdu. Onlar iki oyunun ümumi nəticəsinə görə 5:0 hesabı ilə Ağdam təmsilçisindən üstün olmuşdular.