UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Portu"nun hücumçusu Mehdi Taremi bu ada layiq görülüb.

İranlı forvardla yanaşı, "Benfika"dan Rafa Silva, PSJ-dən Lionel Messi, "Napoli"dən Covanni Simeone də ən yaxşı adına namizəd idi.

Qeyd edək ki, Mehdi Taremi "Brügge"yə 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.