“Fənərbaxça”nın baş məşqçisi İsmayıl Kartal Çempionlar Liqasının pley-off mərhələsində “Lion”a qalib gələrək Liqa mərhələsinə adladıqları cavab oyunu haqda danışıb.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 2:1 (3:2) qələbə qazanıb.
İ.Kartal qələbə barədə danışarkən deyib:
“Gecə-gündüz “Fənərbaxça”ya necə daha yaxşı futbol oynada biləcəyimi düşünürəm. Həmişə özümüzü inkişaf etdirməyin üzərində işləyirik. Futbolçular bizə inanır və güvənirlər. Bu uğura birlikdə nail olduq".
Mütəxəssis "Lion"la heç-heçə etdikləri ilk matça da toxunub: "İlk oyunda daha fərqli nəticə ilə ayrıla bilərdik. Öz azarkeşlərimizin önündə, öz evimizdə oynayırdıq. Bu matçların iki oyundan ibarət olduğunu demişdim. Həmin oyuna daha gümrah çıxsaydıq, hər şey daha fərqli ola bilərdi. Anlamaq istəyənlər anladı, anlamaq istəməyənlər isə bizi tənqid etdilər. Eybi yox, biz çox çalışırıq. Bu komanda ilə Çempionlar Liqasına düşə biləcəyimizi bilirdik”.


