"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa bildirib ki, komandası zədəli Kilian Mbappe olmadan belə, Çempionlar Liqasındakı rəqibi "Mançester Siti"dən çəkinməməlidir.

Offsideplus.az xəbər verir ki, fransalı ulduz dizindəki dartınma səbəbindən çərşənbə günü keçiriləcək 1/8 final mərhələsinin ilk oyunu öncəsi məşqlərə qatılmayıb və ilk matçda forma geyinə bilməyəcək. Buna baxmayaraq, Arbeloa onun durumunun yaxşıya doğru getdiyini qeyd edib.

Madrid təmsilçisinin heyətində Cud Bellinqem, Rodriqo və Eder Militao kimi digər vacib oyunçular olmasa da, Arbeloa rəqibdən çəkinmir:

"Biz "Real Madrid"ik və hesab edirəm ki, heç vaxt özümüzü kimdənsə aşağı görmürük. Sabahkı rəqibimizi, məşqçisini, oyunçularını, "Mançester Siti"nin nə olduğunu yaxşı bilirik.. Amma oyuna böyük ümidlərlə çıxacağıq".

Qeyd edək ki, tərəflər arasındakı ilk oyun bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.