"Mayami Hit"in "Vaşinqton Vizards"ı 150-129 hesabı ilə məğlub etdiyi matçda Bem Adebayo 83 xal toplayaraq NBA tarixində ikinci ən yüksək nəticəyə imza atıb.

Offsideplus.az xəbər verir ki, onun bu inanılmaz performansı 2006-cı ildə "Los-Anceles Leykers"in heyətində "Toronto"ya qarşı oyunda 81 xal toplayan mərhum Kobi Brayantın rekordunu geridə qoyub və yalnız 1962-ci ildə "Nyu-York Niks"ə qarşı 100 xal toplayan Uilt Çemberlenin tarixi nailiyyətindən geri qalıb.

Adebayo matçın əvvəlindən xüsusi bir performans sərgiləyəcəyinin anonsunu vermişdi; oyunun ilk periyodunda 16 zərbədən 10-nu dəqiq yerinə yetirərək 31 xal toplamışdı. Fasiləyədək artıq 43 xala çatmışdı və ikinci hissədən sonra da tempini azaltmayaraq üçüncü rübdə 19 xal toplamaqla hesabını 62-yə çatdırdı.

O, dördüncü periyodun sonlarında Kobini keçməyi bacardı. İki sərbəst atışla o, Brayantın rekorduna bərabərləşdi, matçın bitməsinə bir dəqiqədən bir az çox vaxt qalmış vurduğu daha iki sərbəst atışla isə xal hesabını 83-ə çatdırdı.