Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatının ikinci günündə sərbəst güləşçilərimiz 5 medal qazanıb.
Offsideplus.az xəbər verir ki, finala yüksələn Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) rəqiblərinə məğlub olaraq gümüş medalla kifayətləniblər.
Bürünc medal uğrunda görüşlər isə gərgin mübarizə ilə yadda qalıb. Musa Ağayev (65 kq) son dəqiqədə 0:4-dən geri dönərək (6:4) qələbə qazanıb. Ramik Heybətov (70 kq) ukraynalı rəqibini 10:0 hesabı ilə darmadağın edərək fəxri kürsüyə yüksəlib. Zəfər Əliyev (97 kq) isə 0:9 hesablı geriləməyə baxmayaraq, əsl xarakter nümayiş etdirib və 19:9-luq qələbə ilə bürünc medala sahib çıxıb.
Beləliklə, yığmamız qitə birinciliyinə ümumilikdə 2 gümüş və 3 bürünc medalla start verib.


