Maurisio Poçettino gələcəkdə "Real Madrid"də məşqçi ola biləcəyini istisna etməyib.
Offsideplus.az xəbər verir ki, ABŞ millisinin baş məşqçisi İspaniyaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib: "Hər şey öz zamanında olur, futbol səni istədiyi yerə aparır, sənin istədiyin yerə yox".
Poçettino hazırda Dünya Çempionatında ABŞ millisinin başında olacaq, lakin "Real Madrid"in yeni mövsüm üçün məşqçi axtarışlarını izlədiyi və argentinalının Arbeloanın yerini almağa hazır olduğu bildirilib.
Bununla yanaşı, Yürgen Klopp və Massimiliano Alleqrinin də "Real Madrid" üçün namizəd olduğu qeyd olunur.


