“Arsenal” televiziya yayım hüquqlarından 272,8 milyon funt sterlinq gəlir əldə edib.

Offsideplus.az xəbər verir ki, bu göstərici London klubunun tarixində rekord nəticə hesab olunur.

Eyni zamanda bu məbləğ İngiltərə futbolu tarixində altıncı ən yüksək yayım gəliri kimi qeydə alınıb.

Qeyd olunur ki, “Arsenal”ın yüksək gəlir əldə etməsində komandanın Premyer Liqa və Avropa turnirlərindəki uğurlu çıxışı, eləcə də televiziya yayım müqavilələrinin artan dəyəri mühüm rol oynayıb.