"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Saranı mart ayı üçün Braziliya yığmasının ilkin heyətinə daxil ediləcək.
Offsideplus.az xəbər verir ki, o, zədələnən Bruno Gimarayşı əvəz edəcək.
Bu barədə "GeGlobo" məlumat yayıb.
Sara 2024-cü ilin yayında "Qalatasaray"a transfer olub.
O, cari mövsüm 37 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.


