"Sabah" Azərbaycan çempionatları tarixində 100-cü qələbəsini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin yubiley qalibiyyəti Misli Premyer Liqasının XXIII turunda baş tutan "Qəbələ" ilə ev oyununa (7:1) təsadüf edib.
2018/2019 mövsümündən elitada mübarizə aparan "bayquşlar" bu nəticəyə 235-ci matçında nail olub. Qazanılan 100 qələbədən 52-si doğma meydanda, 48-i isə rəqib meydanında qeydə alınıb.
Bununla da "Sabah" ölkə çempionatları tarixində 100 qələbə həddinə çatan 14-cü klub kimi siyahıya düşüb.
Məlumat üçün bildirək ki, komanda Premyer Liqada ilk üç xalını 2018-ci il avqustun 12-də indiki "Şamaxı" (o vaxtkı "Keşlə") ilə görüşdə (1:0) qazanıb.


