“Liverpul”un baş məşqçisi Arne Slot komandasının UEFA Çempionlar Liqasındakı perspektivləri ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis uğurun əsas şərtinin stabil oyun və hər iki cərimə meydançasında daha da inkişaf etmək olduğunu bildirib.
Slotun sözlərinə görə, “Liverpul” meydanın mərkəz hissəsində rəqiblərindən üstün çıxmağı bacarır:
“Hər şey bu gün göstərdiyimiz səviyyəni qoruyub saxlaya bilməyimizdən asılıdır. Bir-iki gün əvvəl də demişdim ki, cərimə meydançaları arasında biz çox güclü komandayıq. Rəqibləri üstələyə bilirik və təhlükəli mövqelərə çıxırıq.”
Baş məşqçi son oyunda həm müdafiədə, həm də hücumda komandanın güclü olduğunu vurğulayıb:
“Bu gün hər iki cərimə meydançasında güclü idik. Əgər bu sahələrdə daha da inkişaf edə bilsək, bizi məğlub edə biləcək komandaların sayı çox olmayacaq. O zaman bu turnirdə çox uzağa gedə bilərik. Amma mütləq şəkildə daha da yaxşılaşmalıyıq.”
Slot, həmçinin, klubun son illərdə Avropa turnirlərində keçdiyi yolu xatırladaraq hazırkı mərhələnin əhəmiyyətini qeyd edib:
“Bu, çox gözəldir. Cəmi iki il əvvəl biz, klub olaraq, Avropa Liqasında çıxış edirdik və "Atalanta"ya qarşı 1/4 finalda mübarizəni dayandırmışdıq. İndi isə ardıcıl ikinci mövsümdür ki, Çempionlar Liqasında 1/8 finala yüksəlmişik və daha da irəli getmək üçün böyük istəyimiz var. Üstəlik, bu mövsüm bəzi oyunçularımız zədəli olmasına baxmayaraq, burada yenidən olmaq çox dəyərlidir.”
Qeyd edək ki, “Liverpul” bu mövsüm Çempionlar Liqasında iddialı çıxışı ilə diqqət çəkir və Arne Slotun açıqlamaları klubun Avropa səhnəsində hədəflərinin yüksək olduğunu göstərir.


