Türkiyəli futbolçu Ahmetcan Kaplanın yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı müdafiəçi "Köln"lə razılığa gəlib. "Köln" ilə "Ayaks" arasında danışıqlar davam edir.
Klublar razılığa gəlsə, gənc futbolçu Bundesliqa klubu ilə 4 illik müqavilə imzalayacaq.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
A. Kaplan 2022-ci ildən bəri "Ayaks"da çıxış edirdi. O, Niderland klubunun heyətində 25 oyuna çıxıb.



