"Leyptsiq" klubu "Göztepe"nin hücumçusu Romulo ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, Bundesliqa klubu Benyamin Şeşko ilə yollarını ayırsa, onun yerini braziliyalı futbolçu ilə dolduracaq.

Bu barədə "Foot Mercato" məlumat yayıb.

Romulo 2024-cü ilin fevralından "Göztepe"də çıxış edir. O, başa çatan mövsüm 33 oyunda 17 qol vurub və 10 məhsuldar ötürmə edib.

İzmir təmsilçisi braziliyalı hücumçu üçün 15 milyon avro tələb edir.