Cari mövsümün sonunda "Bavariya"dan ayrılacaq olan Tomas Müller "Fiorentina" və Amerikanın "Tsintsinnati" klublarından gələn təklifləri rədd edib.
Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçu İngiltərə Premyer Liqasından, A Seriyasından və Türkiyə Super Liqasından bir çox klub maraq göstərir.
Bu barədə "BILD" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Bavariya" 25 ildir klubda olan Müller ilə müqavilə uzatmamağa qərar verib. O, Almaniya nəhəngində 747 oyuna çıxıb və 248 qol vurub.



