Almaniya nəhəngi "Bayern Münhen" klubunun baş məşqçisi Vinsent Kompani yay transfer pəncərəsi öncəsi komandanın müdafiə xəttini gücləndirmək üçün əsas hədəfini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, belçikalı mütəxəssis "Yuventus" klubunun mərkəz müdafiəçisi Qleyson Bremerin transferini yay planlarının mərkəzinə qoyub və onun komandaya cəlb olunmasını rəhbərlikdən xüsusi olaraq xahiş edib.

Braziliyalı stoperin gələcəyi ilə bağlı İtaliya klubunun da mövqeyi bəlli olub. "Yuventus" rəhbərliyi təcrübəli müdafiəçini asanlıqla buraxmaq niyyətində deyil.

Turin təmsilçisi Qleyson Bremer üçün təxminən 40 milyon avro civarında bir transfer haqqı tələb edir.