"Bavariya" bu yay artıq yeni futbolçu transfer etməyəcək.

Offsideplus.az xəbər verir ki, bunu klubun idman direktoru Maks Eberl açıqlayıb.

Eberlin sözlərinə görə, Nathaniel Braun və İsmael Saibari transferlərindən sonra heyətin formalaşdırılması yekunlaşıb.

“Nene Braun və İsmael Saibari transferlərini çox tez tamamladıq. Düşünürdüm ki, artıq transfer işimizi bitirdiyimiz hər kəsə aydındır. Bizimlə əlaqələndirilən adları görəndə sadəcə gülümsədim. Həmin şayiələrin 0% həqiqət payı var”.