Dortmund "Borussiya"sı gənc hücumçu Armando Qonsalesi yaxından təqib edir.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı meksikalı forvard ölkəsinin "Çivas" klubunun formasını geyinir.

O, cari mövsüm 26 oyunda 17 qol vurmağı bacarıb.

Qonsalesin klubu ilə müqaviləsi bu ilin sonunda başa çatacaq.

"Transfermarkt" portalına görə onun bazar dəyəri 7 milyon avrodur.