Indiana Pacers NBA pley-offsda Konfrans finalına adlayan ilk komanda olub.

Offsideplus.az xəbər verir ki, İndiana ştatının təmsilçisi bu gecə Cleveland Cavaliersi mübarizədən kənarlaşdıraraq ABŞ-ın 4 ən güclü klubu arasına düşüb.

NBA pley-offs, ikinci mərhələ (1/4 final)

Cleveland Cavaliers- Indiana Pacers 105:114

seriyada hesab - 1:4

Oklahoma City Thunder- Denver Nuggets 112:105

seriyada hesab - 3:2

*ən tez 4 qələbə qazanan komanda növbəti mərhələyə yüksəlir