"Finiks Sans"ın mərkəz oyunçusu Mark Uilyams çiynindən aldığı zədə səbəbindən əməliyyat olunub və ən azı 5 ay yaşıl meydanlardan uzaq qalacaq.

Offsideplus.az xəbər verir ki, rəsmi olaraq bərpa müddəti açıqlanmasa da, tanınmış basketbol icmalçısı Con Qambadoro bildirib: "Mənə dedilər ki, əməliyyatdan sonra reabilitasiya prosesi ən azı 5 ay çəkəcək". 2025-ci ildə "Los Anceles Leykers" artıq razılaşdırılmış transferdən imtina edib. Buna səbəb Uilyamsın əvvəllər belində yaranan problemlər və həkimlərin onun inkişaf edən bədənində bir neçə riskli məqam aşkar etməsi olub. Ötən mövsüm 60 oyunda iştirak edən Uilyams yeni müqavilə qazanmışdı, lakin məşq zamanı aldığı zədə səbəbindən uzun müddət komandadan kənarda qalacaq.