Azərbaycanın 3x3 basketbol millisinin Belçikanın Antverpen şəhərində keçiriləcək FIBA Avropa Kubokunda qrup oyunlarının təqvimi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, yığma A qrupunda Niderland və Ukrayna ilə üz-üzə gələcək.

Komanda sentyabrın 12-də, Bakı vaxtı ilə saat 16:20-də Niderlandla, 20:55-də Ukrayna ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir sentyabrın 11-13-də keçiriləcək. Azərbaycan millisi ötən il FIBA Avropa Kubokunda gümüş medal qazanıb.