Kley Tompsonun "Mayami Hit"lə imzaladığı yeni müqavilə komandanın maaş büdcəsində əlavə yer saxlamasına imkan verəcək.
Offsideplus.az xəbər verir ki, onunla ilə iki illik, ümumi dəyəri 11,5 milyon dollar olan müqavilə bağlanıb ki, bu da əvvəl açıqlanan məbləğdən 1,5 milyon dollar azdır. 2026/27 mövsümündə Tompsonun qazancı 5,6 milyon dollar təşkil edəcək.
Tompsonun daha aşağı maaşı sayəsində "Mayami Hit" sərt maaş limitinə qədər təxminən 5,2 milyon dollar əlavə vəsait saxlayacaq.
Gələn mövsümdə bir illik təcrübəyə malik oyunçunun minimum maaşı 2,5 milyon dollardan bir qədər az olacaq. Bu isə komandanın heyətini 15 oyunçuya qədər tamamlamağa şərait yaradacaq.


