“Yuventus” və Türkiyə milli komandasının gənc ulduzu Kenan Yıldız ciddi zədə problemi ilə üzləşib.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasının ilk turunda “Frozinone” ilə matçda (1:0) sol ayağından zədələnərək 69-cu dəqiqədə əvəzlənən 21 yaşlı hücumçu tibbi müayinədən keçib. Müayinələrin ilkin nəticələri Turin klubunun texniki heyətində narahatlıq yaradıb.

Məlumata əsasən, futbolçunun sol ayağında yaranan problem səbəbindən əməliyyat olunma ehtimalı oldukça yüksəkdir. Əgər cərrahi müdaxilə gerçəkləşərsə, Kenan Yıldızın təxminən 2-3 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Klub tərəfindən yaxın saatlarda rəsmi açıqlamanın verilməsi gözlənilir.