“Xüsusi hazırlığımız olmayıb. Həmişəki kimi hazırlaşmışıq. Bakıda olmaq bizim üçün çox xoşdur. Çox yaxşı komandaya qarşı oynayacağıq. Maksimum hazırlaşmışıq. İlk oyundan qalib ayrılmışıq. Bunu qorumağa çalışacağıq. “Sabah”ın favoritdir? Bəli, düz deyirlər. Ailəmlə “votsap” üzərindən əlaqə saxlayıram. Məğlub olmaq bizə mane olmayacaq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk. “Sabah”ın çox yaxşı oyunçuları var”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Hapoel Beer-Şeva”nın baş məşqçisi Raj Kojuk deyib.

Qeyd edək ki, görüş sabah 20:45-də start götürəcək.