Qızlar arasında U-16 Avropa çempionatında mübarizə bu gün başlayıb.

Offsideplus.az xəbər verir ki, B divizionunda mübarizə aparan Azərbaycan bu gün ilk oyununu ev sahibi Slovakiyaya qarşı keçirib

Qızlar ilk oyunda məğlub olub - 50:59.

17 xalla mübarizə aparan Viktoriya Ulyanova U-16 millimizin heyətində ən məhsuldar oyunçu olub.

Sabahkı rəqibimiz İsveç seçməsi olacaq.