Qadınlararası U-18 Avropa çempionatında mübarizə bu gün yekunlaşır.

Offsideplus.az xəbər verir ki, B divizionunda çıxış edən Azərbaycan U-18 millisi son oyunda Norveçlə üz-üzə gəlib.

Millimiz 29 xal fərqlə qalib gəlib - 77:48.

Evren Alkayanın rəhbərlik etdiyi komanda qitə çempionatını 17-ci yerdə başa vurub.

Onlar turnirinin qrup mərhələsində bütün görüşlərdə məğlub olsa da, 17-20-ci yerlər uğrunda keçirilən matçların hamısında qələbə qazanmağı bacarıb.