Azərbaycanın U-18 milli komandasının və "Sabah" basketbol klubunun 16 yaşlı mərkəz oyunçusu Emmanuel Aqbason Xorvatiyada təşkil olunan FIBA U-18 Avropa Çempionatının "B" Divizionunda möhtəşəm çıxış nümayiş etdirib.

Offsideplus.az xəbər verir ki, ​gənc ulduz turniri bir neçə əsas statistik göstərici üzrə lider kimi tamamlayıb:

  • Bloklar üzrə lider: Rəqib hücumlarının qarşısını almaqda turnirin ən yaxşısı olub.
  • ​Ribaundlar üzrə lider: Səbətdən qayıdan topların toplanmasında 1-ci pilləni tutub.
  • ​Effektivlik əmsalı üzrə lider: Ümumi faydalılıq (EFF) göstəricisinə görə çempionatın en dəyərli oyunçularından birinə çevrilib.
  • ​Dabl-dabl sayına görə lider: Keçirdiyi oyunlarda topladığı xal və ribaundlarla dabl-dabl sayında zirvədə yer alıb.