Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turu start götürüb.
Offsideplus.az xəbər verir ki, bu gün B qrupunda yer alan komandalar münasibətləri aydınlaşdırıblar.
"Quba" kollektivi Quba Olimpiya Kompleksində "Naxçıvan"la qarşılaşıb və 96:103 hesabı ilə məğlub olub.
"Ordu" – "Lənkəran" qarşılaşmasından birincilər qələbə ilə ayrılıb - 107:65.
"Sərhədçi" – "Sumqayıt" duelində isə ev sahibi komanda 93:89 hesablı qalibiyyət qazanıb.
ABL, B qrupu
"Quba" - "Naxçıvan" 96:103 (23:25, 26:16, 22:23, 17:24, 8:15)
"Ordu" - "Lənkəran" 107:65 (40:18, 22:17, 25:9, 20:21)
"Sərhədçi" - "Sumqayıt" 93:89 (23:26, 15:20, 17:24, 38:19)
Beləliklə, B qrupunda 20 turdan sonra vəziyyət belədir:
1. "Ordu" - 38 xal.
2. "Naxçıvan" - 36 xal.
3. "Sərhədçi" - 28 xal.
4. "Quba" - 27 xal.
5. "Sumqayıt" - 27 xal.
6. "Lənkəran" - 24 xal.
Qeyd edək ki, "Ordu" və "Naxçıvan" komandaları birbaşa 1/4 final mərhələsinə vəsiqə qazanıb. Digər 4 komanda isə pley-ində mübarizə aparacaq.


