Azərbaycan Basketbol Liqasında (ABL) XIX turun iki oyunu bu gün keçiriləcək.
Offsideplus.az xəbər verir ki, bir azdan başlayacaq matçda "Gəncə" "Sabah"ı qəbul edəcək.
Daha sonra isə "Abşeron Lions" və "Neftçi" komandaları münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bu komandalar A qrupunda mübarizə aparır. "Sabah" 35 xalla bu qrupda liderdir. "Abşeron Lions" 34 xalla 2-ci, "Neftçi" 27 xalla 3, NTD isə 20 xalla 5-ci yerin sahibidir.
ABL, XIX tur
14 mart (şənbə)
14:00 "Gəncə" - "Sabah"
Gəncə İdman Sarayı
17:00 "Abşeron Lions" - "Neftçi"
Bakı İdman Sarayı


