MotoGP bu həftəsonu İspaniyanın Xeres şəhərində keçirilir.
Offsideplus.az xəbər verir ki, sayca mövsümün 5-ci yarışında polun sahibi "Yamaha"nın pilotu Fabio Kuartararo olub. 2021-ci ilin dünya çempionu olan Kuartararo uzun müddətdən sonra yarışa ən öndən başlayacaq.
İlk 4 yarışda polu heç kimi verməyən Mark Markes bu dəfə 2-ci olub. 3-cü yeri isə komanda yoldaşı Pekko Banyaya tutub.
Bu gün axşam sprint yarışları, sabah isə əsas yarış baş tutacaq.