"Trekhaus Reysinq"in pilotu Ai Oqura Niderland Qran-prisinin qalibi olub.
Offsideplus.az xəbər verir ki, o. "MotoGP"də ilk qələbəsini qazanıb. Eyni zamanda 2004-cü ildən bəri "MotoGP"də qalibiyyət əldə edən ilk yapon olub.
Onun komanda yoldaşı Raul Fernandes ikinci, "Apriliya" təmsilçisi Xorxe Martin isə üçüncü yeri tutub. Yarışa pouldan başlayan Martin liderliyini qorusa da, mübarizənin ikinci hissəsində "Trekhaus Reysinq" pilotlarının hücumlarının qarşısını ala bilməyib.
"Dukati"nin pilotu Mark Markes fəxri kürsü uğrunda mübarizə aparsa da, finişə yeddinci sırada çatıb.
Çempionatın lideri Marko Bezzekki yüksək sürətlə trasdan çıxdıqdan sonra yarışı vaxtından əvvəl başa vurub – "Apriliya" pilotu müayinə üçün tibb mərkəzinə göndərilib. Yüksək yerlər uğrunda iddialı olan Pedro Akosta ("KTM") və Françesko Banyaya ("Dukati") isə texniki problemlər səbəbindən yarışı tamamlaya bilməyiblər.
Qazanılan podyum Martinə komanda yoldaşı Bezzekkini geridə qoymağa və çempionatın yeni lideri olmağa imkan verib.


