"Sabah" klubu üçün yeni futbol mövsümü bu gün start götürüb.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" öz meydanında Sloveniyanın "Çelye" klubunu qəbul edib.

Bu, eyni zamanda "Sabah"ın yeni baş məqçisi Valdas Dambrauskasın rəhbərliyi altında ilk rəsmi matçı olub.

Hesabda 2 dəfə önə çıxan komandamız son saniyələrdə qol buraxmaqla, məğlubiyyətə düçar olub və azarkeşlərə şok yaşadıb.

Cavab qarşılaşması 1 həftə sonra keçiriləcək.

Avropa Liqası, birinci təsnifat mərhələsi

20:00 "Sabah" - "Çelye" 2:3

Pavol Safranko, 3; 18 (pen.) - Franko Kovaçeviç, 7; 48; Darko Hrka, 90+3

"Sabah": 92.Stas Pokatilov, 80.Akim Zedadka, 40.İqor Noqeyra, 3.Stiv Solvet, 5.Rəhman Daşdəmirov, 13.İvan Lepinitsa, 6.Abdullah Xaybullayev, 10.Anatoli Nuriyev, 88.Xəyal Əliyev, 20.Coy-Lens Mikels, 18. Pavol Safranko (k)

Ehtiyat oyunçular: 55.N.Mehbalıyev, 72.R.Samigullin, 2.A.Seydiyev, 8.A.Quliyev, 11.K.Parris, 17.T.Mütəllimov, 22.Ould Khaled, 32.E.Dünyamalıyev, 33.U.Rəhmonəliyev, 53.Andrey Viktor, 70.C.Sekidika, 99.N.Kupusoviç

"Çelye": 21.Simon Sluqa, 23.Jan Karniçnik (k), 6.Artemiyus Tutişkinas, 3.Damyan Vuklişeviç, 2.Xuanxo Nyeto, 8.Mario Kvesiç, 19.Mark Zabukovnik, 11.Milot Avdili, 10.Daniel Şturm, 20.Nikita İosifov, 9.Franko Kovaçeviç

Ehtiyat oyunçular: 1.Leban, 12.Kolar, 4.Hrka, 5.Vodeb, 7.Jevşenak, 14.Çidi, 15.David Kastro, 16.Vidoviç, 17.Kotnik, 24.Cevahiriç, 38.Jujek, 44.Bejger

Baş hakim: Daniyar Saxi (Qazaxıstan)

“Bank Respublika Arena”