UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HİK klubunu qəbul edəcək "Neftçi" bu matçın biletlərini sabahdan satışa çıxaracaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bilet satışı saat 12:00-dan başlayacaq. Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək mümkündüür. Kassalar saat 21:00-dək işləyəcək.

Avqustun 3-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – HİK oyunu saat 21:00-da başlanacaq.