"Qarabağ" bu gün Avropa meydanlarına qayıdıb.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayıb.
Ağdam təmsilçisi bu gün saat 20:00-da başlayan görüşdə İslandiyanın "Vestri" komandası ilə qarşılaşıb və 3:0 hesablı inamlı qələbə qazanıb.
Cavab oyunu bir həftə sonra keçiriləcək.
9 iyul
Avropa Liqası, I təsnifat mərhələsi
20:00 "Qarabağ" 3:0 "Vestri" (İslandiya)
Qollar: Zakariya Savo (30'), Abdulla Zubir (45+2'), Renaldo Sefaas (86')
Tofiq Bəhramov adına Respublika stadionu
Heyətlər:
"Qarabağ": 99 Mateuş Koxalski, 2 Mateus Silva, 55 Bədavi Hüseynov, 4 Bense Varkonyi, 5 Bruno Lanqa, 35 Pedro Bikalyo, 8 Marko Yankoviç, 20 Kadi Borges, 21 Aleksey Kaşuk, 10 Abdullah Zubir, 11 Zakaria Savo.
"Vestri": 1 Steinarsson, 15 Svavarsson, 3 Edson Eduardo Dias Qom, 12 Fete, 22 Qardarsson (K), 10 Haftorsson, 17 Hauksson, 29 Çeşmedciyev, 77 Fall, 6 Balde, 23 Hermannsson.


