2026-27 mövsümündə UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Qarabağ"ın bütün potensial rəqibləri bəlli olub.
Offsideplus.az haqqin.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin son potensial rəqibi Slovakiyanın “Jilina” komandası olub. Belə ki, Moldova Kubokunun finalında “Şerif” “Zimbru”nu məğlub edib və nəticədə "Jilina" AL-yə vəsiqə qazanıb.
Beləliklə, səpələnmişlər qrupunda yer alacaq "Qarabağ"ın potensial rəqibləri aşağıdakılardır:
“Jilina” (Slovakiya)
“Voyvodina” (Serbiya)
“Universitatya Kluj” (Rumıniya)”
“Alüminiy” (Sloveniya)
“Derri Siti” (İrlandiya)
“Vestri” (İslandiya)
Xatırladaq ki, AL-də I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu mərhələnin ilk oyunları 9 iyul, cavab oyunları isə 16 iyulda keçiriləcək.


