"Liverpul"un hücumçusu Darvin Nunyeslə maraqlanan klublar sırasında "Yuventus" da qoşulub.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" hücum xəttini uruqvaylı hücumçu ilə gücləndirmək istəyir.
Bu barədə "Repubblica" məlumat yayıb.
Nunyesin bu yay "Liverpul"dan ayrılacağı gözlənilir. O, İngiltərə karyerasında 143 oyuna çıxıb və 40 qol vurub.
"Transfermarkt" portalına görə 26 yaşlı futbolçunun dəyəri 45 milyon avrodur.



