“Yuventus” hücumçusu Alvaro Moratanı saxlamaq qərarına gəlib.
Offsideplus.az-ın məlumatına görə, “qoca sinyora” icarə əsasında heyətində yer alan İspaniya millisinin üzvünü birdəfəlik transfer etmək niyyətindədir.
Turinlilər 29 yaşlı forvardın müqavilə ilə məxsus olduğu “Atletiko” ilə danışıqlara başlayıb.
Qeyd edək ki, icarə müqaviləsində İtaliya klubunun 35 milyon avro müqabilində Moratanın transfer vərəqəsinə sahib olmaq hüququ var.



