"Yuventus"un futbolçusu Andrea Kambyazo yayda klubunu dəyişməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "Barselona" və "Çelsi" italiyalı futbolçunu transfer etmək istəyir.

İtaliya təmsilçisi 26 yaşlı müdafiəçi üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Andrea Kambyazo 2022-ci ilin yayından "Yuventus"da forma geyinir.