Marko Arnautoviç Avstriya millisinin dünya çempionatları tarixində qol vuran ən yaşlı futbolçusu olub.

Offsideplus.az "Opta"Ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu dünya çempionatında İordaniya ilə oyunda fərqlənib. Matç Avstriyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qol sayəsində Arnautoviç Avstriya millisinin mundial tarixində ən yaşlı (37 yaş 60 gün) qol müəllifi kimi rekord müəyyənləşdirib. Bundan əvvəlki rekord isə Andreas Ulmerə (37 yaş 144 gün) məxsusdur.