İspaniyada keçirilən xüsusi əməliyyat zamanı dünya çempionatı ilə əlaqədar satışa çıxarılması planlaşdırılan 66 mindən çox saxta futbol forması müsadirə olunub.
Offsideplus.az “Marca”ya istinadən xəbər verir ki, əməliyyat İspaniya Polisi tərəfindən həyata keçirilib.
Madrid, Barselona, Malaqa, Elçe və Deniya da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yerləşən 15 ünvanda aparılan reydlər nəticəsində əqli mülkiyyət hüquqlarının pozulması ittihamı ilə 95 nəfər saxlanılıb.
Müsadirə olunan məhsulların böyük hissəsi dünya çempionatı ilə əlaqədar hazırlanmış saxta milli komanda və klub formalarıdır.
İstintaq zamanı dünya çempionatında iştirak edən ulduz futbolçuların, o cümlədən Kilian Mbappe və Lamin Yamalın çıxış etdiyi komandaların formalarının qanunsuz şəkildə istehsal edilərək İspaniya bazarına çıxarıldığı aşkarlanıb.


