"Neftçi SOCAR" 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Orlean (Fransa) mərhələsini qrup ikincisi kimi başa vurub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi qrupu 2-ci pillədə bitirərək 1/4 finala vəsiqəni təmin edib. Qızlar bu gün saat 21:10-da İspaniya kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Neftçi" ilk qrup oyununda Yaponiyanın "Mitsubişi Elektrik" klubuna 11:16 hesabı ilə məğlub olsa da, ikinci oyununda Uqanda millisinə 18:14 hesabı ilə qalib gəlib. ilk iki pillənin sahibləri turnirin 1/4 finalına vəsiqə qazanacaqlar.


