"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə ÇSKA (Bolqarıstan) - "Derri City" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda baş tutacaq.


