"Fənərbağça" klubu "İnter"in futbolçusu Matteo Darmian ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" italiyalı müdafiəçi üçün rəsmi təklifini edib.

Bu barədə "Ekol TV" məlumat yayıb.

Darmian 2020-ci ildən "İnter"də çıxış edir. 35 yaşlı futbolçu başa çatan mövsüm 45 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.