Moskva "Dinamo"su baş məşqçi Valeri Karpinin işindən razı deyil.
Offsideplus.az xəbər verir ki, 56 yaşlı mütəxəssisin milli komandaların oyunları üçün yaranan fasilədə istefaya göndəriləcəyi gözlənilir.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Karpin bu ilin yayından "Dinamo"ya başçılıq edir. Onun komandası hazırda 17 xalla çempionatda 10-cu yerdədir.
Qeyd edək ki, təcrübəli mütəxəssis eyni zamanda Rusiya yığmasının da baş məşqçisidir.



