Bu gün AFFA Region Liqasında bütün mükafatçıların adları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, yarışda 3-cü yer uğrunda və final matçları keçirilib.

Qəbələ şəhər stadionunun ev sahibliyi etdiyi mövsümün son 2 oyunu maraqlı mübarizə vəd edirdi.

Belə ki, Region Liqasının qalibi birbaşa II Liqaya yüksələcək və UEFA Region Kubokunda Azərbaycanı təmsil etmək hüququna yiyələnəcək.

Gümüş mükafatçı isə II Liqaya düşmək pley-offda "Lerik"lə oynayacaq.

3-cü yer uğrunda oyun

14:00 “Göyəzən” - “Ağstafa Gəncləri” 2:5

FİNAL

17:00 “Şirvan” - “Xankəndi” 0:3